Accessibility links

İraqın baş naziri daha çox hərbi yardım almaq məqsədilə ABŞ-a gəlir


İraqın Baş naziri Hayder Əl-Abadi prezident Barak Obamanı ölkəsinə daha çox hava yardımı göstərmək və İslam Dövləti qrupunun yaraqlılarına qarşı mübarizə aparmaq məqsədilə yeni silah yükləri göndərməyə əmin etmək üçün Vaşinqtona səfər edir.

Cənab Abadi deyib ki, Birləşmiş Ştatlar artıq İraqa hərbi dəstəyi artırıb, lakin rəsmi Bağdadın hərbi qüvvələri keçən il üsyançıların ələ keçirdiyi böyük əraziləri geri almaq səylərini gücləndirdikcə daha çox hərbi yardıma ehtiyac var.

Cənab Abadi çərşənbə axşamı Ağ Evdə prezident Barak Obama ilə görüşəcək. Bu, İraq baş nazirinin bu vəzifədə Vaşinqtona ilk səfəridir. Onun ABŞ-dan yeni silah yüklərinə görə ödənişlərin təxirə salınmasını istəyəcəyi gözlənilir. İraq hökuməti neft qiymətlrinin düşməsi və İslam Dövləti qrupuna qarşı hərbi kampaniya ilə əlaqədar xərclərə görə nəğd pul qıtlığı kimi problemlə qarşılaşıb.

ABŞ-ın Müdafiə naziri Eşton Karter Amerika rəsmilərinin İraq baş nazirinin müraciətlərini nəzərdən keçirəcəyini bildirib.

Birləşmiş Ştatlar İslam Dövləti qrupunun İraq və Suriyada mövqelərinin bombardman edilməsi məqsədilə byenəlxalq koalisiyaya başçılıq, eyni zamanda İraqı hərbi yardımla təmin edir və İraq hərbi qüvvələrinə təlim verir. Lakin cənab Obama ABŞ hərbi qüvvələrinin İraqdan çxdıqdan üç il sonra döyüşlərdə iştirak etmək üçün İraqa yenidən Amerika əsgərlərinin göndəriləcəyini istisna edib.

XS
SM
MD
LG