İraq parlamenti baş nazir Heydər Əl-Abadinin başçılığı ilə yeni hökuməti təsdiq edib. Daxili işlər və müdafiə nazirlərinin hələ açıq qaldığı kabinetdə nazirlərin adlarına aydınlıq gətirilib.
Birləşmiş Ştatlar şiə, mötədil sünni və kürdlərdən ibarət yeni hökumətin İraq və Suriyanın şimal bölgələrini nəzarəti altına alan və Bağdadı hədələyən güclü silahlanmış sünni İslam Dövlətini məhv edə biləcəyini deyib.
Cənab Abadi İraqda sünni azlıqları kənarlaşdıraraq İslam Dövlətinin yaranmasında rol oynayan Nuri Əl-Malikdən sonra baş nazir olub.