Accessibility links

İraq hökuməti İslam Dövləti qrupuna qarşı genişmiqyaslı hücumlara başlanılacağını elan edib


İraq hökuməti Ənbər vilayətinin nəzarətini Ramadi və Fəllucə şəhərləri də daxil edilməklə, ölkənin böyük ərazisini nəzarətində saxlayan İslam Dövləti qrupunun yaraqlılarından geri almaq üçün genişmiqyaslı əməliyyatlara başlanıldığını bəyan edib.

Televiziya ilə verilən məlumatda əməliyyatda İraq ordusu ilə birlikdə şiə və sünni döyüşçülərin də iştirak edəcəyi deyilib.

İslam Dövləti qrupunun may ayında Ramadini ələ keçirməsindən və ordunun tənqidlərə məruz qalmasından sonra Ənbər vilayətininin geri alınması İraq hökuməti üçün prioritet məsələyə çevrilib.

Bu arada isə bazar günü paytaxt Bağdadda həyata keçirilən silsilə bomba hücumları azı 29 nəfərin ölümünə, 80-dən çox insanın yaralanmasına səbəb olub.

Bomba hücumlarına görə məsuliyyəti heç kəs öz üzərinə götürməsə də, İslam Dövləti qrupu tərəfindən buna bənzər bomba hücumları həyata keçirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG