Accessibility links

İraq sünniləri kütləvi aksiyalar keçirir


Sünnilərin çoxluq təşkil etdiyi İraqın qərb bölgəsində on minlərlə insan şiə hökumətinə qarşı etiraz məqsədi ilə küçələrə çıxıb. Bu gün Bağdadın qərbindəki Ənbar vilayətində əllərində plakatlar olan nümayişçilər baş nazir Nuri Əl-Maliki hökumətinə qarşı şüarlar səsləndirib. Bir çoxları hökuməti şiələrin çoxluq təşkil etdiyi ölkədə sünnilərin hüquqlarının pozulduğuna görə günahlandırır.

Nümayişlərin əsasən sünnilərin yaşadığı Tikrit, Mosul və Samara şəhərlərində də keçirildiyi bildirilir.

Uzun müddətdir düşmənçilik şəraitində yaşayan bu iki qrup arasında vəziyyət yüksək səviyyəli sünni rəsmisi olan maliyyə naziri Rafia Əl-İssavinin 10 nəfər cangüdənlə birlikdə həbs ediməsindən sonra daha da gərginləşib.

Artıq bir neçə gündür nümayişçilər Ənbar vilayətində əsas yolları bağlayaraq, hökumətdən terrorçu adı ilə həbs edilən sünnilərin azad edilməsi də daxil edilməklə, tələbləri qarşılanmayandək sakitləşməyəcəklərini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG