Accessibility links

Bağdadda 4 etirazçı öldürülüb, onlarla insan yaralanıb


Polis və səhiyyə mənbələrinin bildirdiyinə görə, minlərlə iraqlının hökumət əleyhinə etirazlarının davam etdiyi bir vaxt cümə axşamı təhlükəsizlik qüvvələri Bağdadda 4 etirazçını öldürüb, 52 nəfəri yaralayıb.

Etirazçılardan birinin başına gözyaşardıcı qaz kanistri dəydikdə, digərinin isə təhlükəsizlik qüvvələrinin atdığı elektro-şok bombalarından aldığı yaralar səbəbindən xəstəxanada öldüyü bildirilib.

Reuters xəbər agentliyinin müxbiri təhlükəsizlik qüvvələrinin Təhrir Meydanı yaxınlığına toplaşan etirazçıları dağıtmaq üçün canlı atəş, rezin güllələr və qaz kanteynerlərindən istifadə etdiyini deyib.

Səhiyyə mənbələrindən verilən məlumata görə, xəstəxanaya aparılan yaralıların əksəriyyəti qazla zəhərlənənlər və ya rezin güllələr ilə vurulanlardır.

Etirazçılar təhlükəsizlik qüvvələrinin cümə axşamı səhər tezdən onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrlə hücumları daha da gücləndirdiklərini deyib.

Oktyabrın 1-dən başlayan etirazlarda azı 300 etirazçı öldürülüb. Ölüm hallarının çoxu təhlükəsizlik qüvvələrinin siyasi korrupsiya, işsizlik və aşağı səviyyəli sosial xidmətlərə etiraz edənlərə qarşı atəş açması nəticəsində baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG