Accessibility links

Bağdadda etirazlar zamanı azı 4 nəfər ölüb


Təhlükəsizlik və tibb mənbələrinin bildirdiyinə görə, İraq təhlükəsizlik qüvvələri cümə axşamı səhər tezdən Bağdadın iki əsas körpüsü yaxınlığında toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz kanisterlərindən isitfadə edib və nəticədə 4 nəfər ölüb, 48 nəfər yaralanıb.

Hər iki ölümə səbəbin qaz kanistrlərinin birtbaşa baş nahiyyəsini hədəf alması olub.

Polisin verdiyi məlumata görə, etirazçılaredan biri Şinak körpüsü yaxınlığında, digəri isə ona bitişik Əhrar körpüsü yaxınlığında öldürülüb.

Xəstəxanaların verdiyi məlumatlarda isə etirazçılardan bəzilərinin canlı güllələr, digərlərinin isə rezin güllələr və qaz kanistrləri ilə yaralandıqları bildirilib.

Oktyabrın 1-dən siyasi korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərə qarşı başlayan etiraz aksiyalar zamanı 300-dən çox etirazçı öldürülüb.

İğtişaşlar iki il əvvəl hökumətin İslam Dövləti (İŞİD) qrupu üzərində qələbə elan etməsindən bəri İraqın siyasi sistemi üçün ən böyük və ən mürəkkəb bir sınaqdır.

XS
SM
MD
LG