Accessibility links

İraqın paytaxtındakı intiharçı hücumları zamanı azı 35 nəfər ölüb


İraq rəsmilərinin bildirdiyinə görə, iki intiharçı terrorçunun cümə axşamı Bağdadın Hərbi Hava Qüvvələri Meydanı yaxınlığındakı bazarda həyata keçirdikləri bomba hücumları zamanı azı 35 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Son 18 ayda İraqın paytaxtında həyata keçirilən bomba hücumunun arxasında cihadçıların olduğu guman edilir.

Birinci intiharçının Bağdad bazarında özünü partlatmasından sonra ikinci intiharçı özünü insanlar hadisə yerinə toplandıqdan sonra partladıb. Nəticəsində daha çox itki olub.

Hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, Bağdad Mülki Müdafiə rəisi Kazim Salman istifadə edilən üsullara istinad edərək, bomba hücumlarının arxasında İslam Dövləti yaraqlılarının durduğunu deyib.

Bu cür hücumlar Bağdadda 2017-ci ildə İslam Dövləti militant qrupunun məğlubiyyətindən sonra nadir hallarda baş verir. Lakin özlərini İslamçı adlandıran kiçik qruplaşmalar ayrı-ayrı bölgələrdə bu kimi hücumlar həyata keçirir.

Prezident Bərham Salih hücumu qınayıb və İraqın ölkədəki sabitliyi pozmaq cəhdlərinə qarşı olduğunu deyib.

Türkiyənin Suriyanın İdlib vilayətindəki qüvvələrinə qarşı yanvar ayında həyata keçirilən hücumun məsuliyyətini kiçik bir islamçı qrup öz üzərinə götürmüşdü.

Ənsar Əbu Bəkr Əl-Siddiq eskadronunun bildirdiyinə görə, hədəf Türkiyənin hərbi postları olub.

2020-ci ilin avqust ayında təsis edilən Ənsar Əbu Bəkr Əl-Siddiq qrupu İdlibdə Türkiyə qüvvələrinə qarşı digər 3 hücumun da məsuliyyətini üzərinə götürmüşdü.

Ekspertlərin fikrincə, ekstremist qrup Suriyanın şimal-qərbindəki cihadçılar arasında HTS və Türkiyəyə açıq şəkildə qarşı çıxan bir tendensiyanı təmsil edir.

Qrupun Əl-Qaidə və ya İslam Dövləti terror qruplarına heç bir bağlılığı olmasa da, liderləri Suriyada sərt bir islamçı dövlətin qurulmasını təbliğ edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG