Accessibility links

Pentaqon: İranın hücumu nəticəsində 50 əsgər beyin xəsarəti alıb


Pentaqon çərşənbə axşamı İranın bu ayın əvvəlində İraqda Birləşmiş Ştatların hərbi qüvvələrinin qərargahlandığı bazalarına raket hücumu nəticəsində beyin xəsarəti və beyin sarsıntısı diaqnozu qoyulan əsgərlərin sayının 50-yə çatdığını bildirib.

Bu rəqəmlər hücumdan dərhal sonra Donald Trampın amerikalıların xəsarət almadığını deməsi ilə zidiyyət təşkil edir. Hərbi qüvvələr bir neçə gün sonra 11 əsgərin xəsarət aldığını bildirib. Keçən həftə isə Pentaqon 34 hərbçinin xəsarət aldığını deyib.

Pentaqonun sözçüsü, polkovnik-leytenant Tomas Kampbel çərşənbə axşamı 16 həbçiyə beyin travması diaqnozu qoyulduğunu deyib. Onun dediyinə görə, xəsarət alan 50 həbçidən 31-i artıq ordu sıralarına qayıdıb.

Hərbçilər İraqda və ya hərbi sağlamlıq mərkəzlərində, eləcə də Birləşmiş Ştatların xaricindəki ən böyük tibb mərkəzi olan Landstuhl Regional Tibb Mərkəzində və Küveytdəki hərbi tibb mərkəzində müalicə olunur.

İranın generalı Qasım Süleymaninin Bağdadda öldürülməsinə cavab olaraq yanvarın 8-də İraqın Əyn Əl-Əsəd hərbi hava bazasına raket hücumlarından sonra prezident Tramp hərbçilərin xəsarət almadığını desə də, hərbi qüvvələr sarsıntı və ya beyin travması əlamətlərinin günlər sonra aşkar ola bildiyini bildirib. İranın ondan çox ballistik raketinin partlamasından əvvəl əsgərlərin çoxu bunkerlərdə olub.

XS
SM
MD
LG