Accessibility links

Hökumətin bir sıra islahatlar təklif etməsinə baxmayaraq, İraqda etirazlar davam edir


Hökumət əleyhinə etirazçıların bazar günü də İraqın paytaxtında yolları və hökumət idarələrini bağlaması bir aydır siyasi dəyişiklik tələbi ilə davam edən edən nümayişlərin daha da vüsət almasına gətirib çıxarıb.

2003-cü ildə Birləşmiş Ştatların diktator Səddam Hüseyni devirməsindən bəri mövcud olan siyasi sistemə etiraz olaraq nümayişlər keçirərək, bazarlar, fabriklər, məktəblər və universitetlərin bağlanmasına nail olan on minlərlə nümayişçi son günlər Bağdadın Təhrir meydanı və İraqın cənub bölgələrində araya gəlib.

Baş nazir Adil Əbdül Mehdi neft obyektləri və yolların bağlanmasına təhdidin İraqa `milyonlarla` dollara başa gəldiyini və ölkədə istehlak qiymətlərinin artmasına səbəb olduğunu deyərək, bağlanan yerlərin yenidən açılmasına çağırıb.

"Normal həyata dönməyin vaxtı çatıb" - deyə, İraq lideri bildirib.

Minlərlə tələbə dərslərə getməyərək, ölkə rəhbərlərini korrupsiyada, yüksək işsizlik səviyyəsi və sosial xidmətlərin aşağı səviyyədə olmasında günahlandıran etirazçılara qoşulub. Mühəndislərin, həkimlərin və vəkillərin sindikatları etirazları dəstəkləyib.

Bazar günü aksiya iştirakçıları yanan təkərlər və tikanlı məftillərlə etiraz aksiyalarının keçirildiyi əsas yerlərin ətrafındakı yolları bağlayıb. Nümayişçilər yollardan birində üzərinə "Yollar xalqın əmri ilə bağlanıb" yazılan plakat asıb.

Oktyabrın əvvəlində nümayişlər başlayandan bəri təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı gözyaşardıcı qaz, rezin və canlı güllələrdən istifadə etməsi azı 256 nəfərin ölümünə səbəb olub. Qısa fasilədən sonra etirazlar oktyabrın 25-də yenidən başlayıb. Hökumət idarələri və bir neçə xarici səfirliyin yerləşdiyi Yaşıl Bölgəyə aparan iki körpüdə tez-tez toqquşmalar olub.

Hökumət yeni səsvermə qanunu qəbul edildikdən sonra erkən seçkilərlə yanaşı, yeni iş yerlərii və sosial rifah planları da daxil olmaqla, bir sıra islahatlar təklif edib. Lakin bütün təkliflərə baxmayaraq hökumətə qarşı etirazlar davam edir.

"Biz vətəndaş itaətsizliyi kampaniyasına qərar verdik. Buna səbəb hökumətin yalanları və qondarma islahat vədləridir" - deyə, ölkənin cənubundakı Nasiriyyə şəhərində etiraz edən hökumət işçisi Məhəmməd Əl-Əssədi France Press agentliyinə bildirib.

Etirazların lidersizdir, təşkilatiçılıq və birlik yoxdur. Lakin buna baxmayaraq, ölkədə fərqli dini və etnik qruplar arasında geniş kütlələri özünə cəlb edə bilib.

XS
SM
MD
LG