Accessibility links

ABŞ Bağdaddakı hücumda İranın dəstəklədiyi militantları günahlandırıb


Bazar günü ABŞ İraqın paytaxtındakı Yaşıl Zonaya raket hücumunda İranın dəstəklədiyi militantları günahlandırıb.

İraq ordusu "qanunsuz silahlı dəstənin" atdığı azı səkkiz raketin bir İraq əsgərini yaralanmasın bəzi binalar və avtomobillərə zərər vurmasına səbəb olduğunu bildirib.

ABŞ-ın Bağdaddakı səfirliyi işçilərinin xəsarət almadığını və səfirlik kompleksinə bəzi kiçik zərərlər dəydiyini deyib.

Hücumu dəf etmək üçün səfirliyin raketdən müdafiə sistemi işə salınıb.

ABŞ dövlət katibi Mayk Pompeonun dediyinə görə, ABŞ İranın dəstəklədiyi militantların həyata keçirdiyi son hücumu kəskin şəkildə qınayıb.

"Biz bütün iraqlıları hökumətlərinin ölkənin suverenliyini gücləndirmək səylərini dəstəkləməyə, belə hücumlarda məsuliyyət daşıyanları mühakimə etməyə və hal-hazırda İranın dəstəklədiyi bütün militantların dövlətin nəzarətində olmasını təmin etməyə çağırırıq" - deyə, ABŞ dövlət katibi bazar günü gecə bildirib.

İraqdakı hərbi qüvvələrinin sayını azaldan ABŞ bundan əvvəl də edilən çoxsaylı raket hücumlarına görə İraq hökumətini İranın dəstəklədiyi militantlara nəzarət etmədiyi təqdirdə Bağdaddakı səfirliyini bağlayacağı ilə təhdid etmişdi.

Şərhlərə bax

XS
SM
MD
LG