Accessibility links

İraqın Sədr şəhərində bomba hücumu - 4 nəfər ölüb, 20 nəfər yaralanıb


İraq polisi və səhiyyə işçilərinin bildirdiyinə görə, aprelin 15-də Bağdad bölgəsinin Sədr şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması 4 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub.

Polis bomba yerləşdirilmiş avtromobilin əsasən şiə müsəlmanların sıx yaşadığı bölgədəki bazarda park edildiyini bildirib.

İraq ordusunun açıqlamasında partlayış nəticəsində bir mülki vətəndaşın həyatını itirdiyi, 12 mülki vətəndaşın yaralandığı, bir neçə avtomobilin yandığı bildirilib. Hərbçilərin verdiyi ikinci açıqlamada isə yalnız bir sürücünün öldüyü deyilib. Sədr şəhərinin tibb işçiləri ölənlərin sayının dörd olduğunu deyib.

Reuters xəbər agentliyi partlayışdan sonra bazarı qara tüstü bürüdüyünü və təcili yardım maşınlarının yaralıları xilas etmək üçün hadisə yerinə tələsdiyini bildirib. Az müddət sonra polis partlayışın baş verdiyi yeri mühasirəyə alıb.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Bu, yanvar ayında insanların sıx olduğu bir bazarda İslam Dövlətinin üzvü olduğu deyilən intiharçının azı 32 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra Bağdadda həyata keçirilən ikinci böyük ölümcül bomba hücumudur.

İraqın paytaxtında demək olar ki, gündəlik həyata keçirilən bomba hücumları son illər İslam Dövləti döyüşçülərinin 2017-ci ildə məğlub olmasından sonra dayanmışdı və Bağdadı normal həyata qaytarmışdı.

Yanvar ayında həyata keçirilən partlayış son üç ildə ən ölümcül hadisə idi. Cümə axşamı hücumu isə İraq siyasi qrupları arasındakı gərginliyin tez-tez zorakılığa səbəb olduğu seçki ilində baş verib.

Sadr şəhərinin adını daşıyan və milyonlarla iraqlıya rəhbərlik edən populist din xadimi Möqtəda Əl-Sədrin düşmənləri arasında həm İslam Dövləti, həm də İranın dəstəklədiyi rəqib şiə partiyalar da var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG