Accessibility links

İraqda nümayişlər başlayandan bəri azı 110 nəfər həlak olub


İraq rəsmiləri bazar ertəsi hökümət əleyhinə nümayişlər zamanı etirazçılara qarşı “səhv hərəkət” edən təhlükəsizlik işçilərinin məsuliyyətə cəlb ediləcəklərinə söz verib.

Gərginliyi aradan qaldırmaq üçün ordu Bağdadın şimal-şərq bölgəsindəki Sədr şəhərindən də əsgərlərini geri çəkib.

Keçən gecə hərbçilərlə etirazçıar arasında baş verən toqquşma zamanı azı 15 nəfərin öldüyü bildirilib.

Bir həftəyə yaxındır başlayan etirazlar zamanı azı 110 nəfər insan həlak olub.

İraqın Daxili İşlər Nazirliyinin sözçüsü 1200-dən çoxu təhlükəsizlik işçisi olmaqla, nümayişlər zamanı 6107 nəfərin yaralandığını bildirib. O, toqquşmalar zamanı ölənlərdən 8-nin təhlükəsilik işçisi olduğunu deyib.

Hökumət əleyhinə etirazlar bazar günü yüzlərlə insanın İraq paytaxtının yaxınlığında toplaşması ilə davam edib. Şahidlər əsgərlərin nümayişçilərə atəş açdıqlarını və nümayişçilərin irəliləməsinə mane olmaq üçün Sədr şəhəri yaxınlığındakı əsas yolu bağladıqlarını bildirib.

Bağdadda və İraqın bir neçə cənub şəhərindəki etirazlar 40 milyona yaxın əhalisi olan neft ölkəsində korrupsiyaya və işsizliyə son qoyulması, su və elektrik enerjisi kimi xidmətlərin yaxşılaşdırılması tələbi ilə baş qaldırıb.

XS
SM
MD
LG