Accessibility links

Bağdadda silsilə bomba hücumları həyata keçirilib


İraqdakı Əl-Qaidə qrupu 28 nəfərin ölümü, 100 nəfərin yaralanması ilə nəticələnmiş silsilə bomba hücumlarının məsuliyyətini öz üzərinə götürüb. Maşınlara yeləşdirilmiş bomba hücumlarının əsasən şiələrin çoxluq təşkil etdiyi ərazilərdə həyata keçirildiyi deyilir.

Əl-Qaidə ilə əlaqəsi olan İraq İslam dövləti qrupu bu gün bildirib ki, Bağdadda həyata keçirdiyi hücumların məqsədi sünni müsəlmanlara qarşı repressiyalara görə qisas almaqdır.

Bazar günü Bağdadın ticarət mərkəzlərində və şəhərin ətraflarda avtomobillərə yerləşdirilmiş bir neçə bomba partladılıb. Ən böyük zərər üç avtomobilə yerləşdirilmiş bombanın partladıldığı şiələrin yaşadığı Sədr məhəlləsinə dəyib.
XS
SM
MD
LG