Accessibility links

İraqda bomba partlayışları zamanı yeddi nəfər həlak olub


Bu gün İraqda həyata keçirilən hücumlar zamanı bir neçə insanın öldüyü bildirilir. Bağdadın 60 kilometrliyində yerləşən Duceyl şəhərində maşına yerləşdirilmiş iki bomba partlayışı zamanı 7 nəfər ölüb, təxminən 32 nəfər yaralanıb.

Kərbəla şəhəri yaxınlığında həyata keçirilən digər bomba hücumunun qurbanları arasında şiə zəvvarların olduğu bildirilir. Hücumlara görə məsuliyyətini hələlik üzərinə götürən olmayıb.

Çərşənbə günü Bağdadda və İraqın şimalında həyata keçirilən hücumlar zamanı azı 29 nəfər həyatını itirib.
XS
SM
MD
LG