Accessibility links

Con Kerri Hayder Əl-Abadini tez zamanda yeni kabineti təşkil etməyə çağırır


ABŞ Dövlət katibi Con Kerri İraqda baş nazir vəzifəsinə namizəd Hayder Əl-Abadini mümkün qədər tez zamanda yeni kabinet yaratmağa çağırıb. Con Kerri eyni zamanda, İslam Dövlətinin yaraqlılarına qarşı döyşlərdə İraqa yardım edəcəyini vəd edib.

Kerri Avstraliyada müxbirlərə deyib ki, İraqda başlıca məqsədi şiə, sünni, kürd və digər azlıqları təmsil edəcək hökumətin yaradılması olaraq qalır.

Dövlət katibi Kerri ABŞ qoşunlarının İraqa qayıtmayacağını deyib və əlavə edib ki, ölkə iraqlıların İraq naminə birləşməli olduğu bir müharibə ilə qarşılaşıb.

ABŞ müdafiə naziri Çak Heygel cənab Abadinin baş nazir seçilməsini yaxşı xəbər adlandırıb və deyib ki, ABŞ yeni hökumətlə işləməkdə maraqlıdır.

XS
SM
MD
LG