Accessibility links

İraqda raket hücumunda ABŞ mülki kontraktoru öldürülüb


ABŞ və koalisiya qüvvələrinin İraqdakı hərbi bazasına son raket hücumu bir mülki kontraktorun həyatına son qoyub.

ABŞ müdafiə rəsmiləri çərşənbə günü səhər saatlarında Əl-Əsəd hava bazasına bazanın şərqindəki bir nöqtədən təxminən 10 raket atıldığını və bunun raket əleyhinə müdafiə sistemlərinin işə düşməsinə səbəb olduğunu bildirib.

Heç bir ABŞ əsgəri zərər görməyib, lakin rəsmilər raket hücumu nəticəsində amerikalı bir mülki kontraktorun infarkt keçirərək öldüyünü deyib.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü verdiyi açıqlamada həm İraq təhlükəsizlik qüvvələri, həm də koalisiya rəsmiləri tərəfindən edilən hücumla bağlı istintaqın davam etdiyini, ancaq hücumun arxasında kimin olduğunun bəlli olmadığını bildirib.

"Belə bir vaxtda heç kimi cavabdeh hesab edə bilmərik və zərərin dərəcəsi barədə tam bir təsəvvürümüz yoxdur" - deyə, Kirbi qeyd edib.

Əl-Əsəd hava bazasına hücum ABŞ-ın İraqda hücumlar həyata keçirmək üçün İranın dəstəklədiyi silahlı qüvvələrin tranzit və təchizat məntəqəsi olaraq istifadə etdiyi Suriyanın şərqindəki bir kompleksə hava hücumu başlatmasından bir həftə keçməmiş baş verib.

ABŞ prezidenti Co Bayden ötən cümə günü İranın İraqda diqqətli olmasına dair xəbərdarlıq edib.

"Cəzasız hərəkət edə bilməzsiniz" - deyə, Bayden jurnalistlərə, kompleksdəki doqquz obyekti məhv edən və ən azı bir milis üzvünü öldürən hava hücumu barədə sualın cavabında bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG