Accessibility links

İraqda bomba partlayışları nəticəsində onlarla insan həlak olub



İraq paytaxtının şimal hissələrində silsilə partlayışlar və intiharçı hücumları nəticəsində təxminən 50 nəfər ölüb, bir çox insan yaralanıb.

Bağdadda əsas etibarilə şiələrin yaşadığı rayonlarda maşına yerləşdirilmiş bombaların partlaması 37 insanın ölümünə səbə olub. Rəsmilər bombaların yarım saat ərzində paytaxtın bir neçə rayonunda partladığını bildiriblər.

Hələlik hücumlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin ölkədə sünni və şiə islamçılar arasında uzun müddətdir təriqət zəminində ədavət gedir.

İraqın şimalında Mosul şəhərində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində 12 əsgər həlak olub. Əsgərləri hədəf alan hücum nəticəsində ölənlər arasında mülki vətəndaşların da olduğuna inanılır. Rəsmilər 20 nəfərin yaralandığını bildirib.
XS
SM
MD
LG