Accessibility links

İraq ABŞ-dan döyüş təyyarələri alır


İraq ABŞ-dan döyüş təyyarələri alır
İraq ABŞ-dan döyüş təyyarələri alır

İraq hava müdafiə sistemini bərpa etmək məqsədi ilə ABŞ şirkəti Lockheed Martindən 18 döyüş təyyarəsi almaq üçün müqavilə bağlayıb. Baş nazirin məsləhətçisi Nuri əl-Maliki bu gün İraqın F-16 döyüş təyyarələri üçün ilkin ödəniş etdiyini deyib, lakin müqavilədə göstərilən qiyməti açıqlamayıb. Razılıq İraqın bu il neftdən böyük gəlir əldə etməsindən sonraya təsadüf edir və Bağdadın ümumilikdə 36 təyyarə alacağı gözlənilir. Lockheed Martin şirkəti bəyanatda İraqı F-16 təyyarələrindən istifadə edən 26-cı ölkə olması münasibəti ilə təbrik edib.

XS
SM
MD
LG