Accessibility links

İraqda Əl-Qaidə və İŞİD-in 38 üzvü dar ağacından asılıb


İraqda Əl-Qaidə və İŞİD-in 38 üzvü terror ittihamı ilə Nəsiriyə həbsxanasında dar ağacından asılıb.

Bu, İraqda sentyabr ayının 25-də 42 nəfərə ölüm hökmü çıxarılmasından sonra ilk kütləvi qətldir.

"Həbsxana administrasiyası ədliyyə naziri Heydər Əl-Zamelinin iştirakı ilə Əl-Qaidə İŞİD-in 38 üzvü terror fəaliyyətlərinə görə edam edib" - deyə, vilayət şurasının rəsmisi bildirib.

Onların hamısının iraqlı və birinin İsveç vətəndaşlığı olduğu bildirilib.

İraqın baş naziri Heydər Əl-Abadi şənbə günü elan edib ki, İslam Dövlətinin İraqdan çıxarılması məqsədilə üç il davam edən müharibə uğurla tamamlanmışdır.

“Bizim qüvvələr İraq-Suriya sərhədini tam nəzarət altına alıblar və beləliklə, mən İŞİD üzərində müharibənin sona çatdığını elan edirəm.” Bu sözləri Əl-Abadi İraq jurnalistləri üçün Bağdadda təşkil olunmuş mətbuat konfransında deyib.

İslam Dövləti döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdə birini ələ keçirmiş və bununla İraq dövlətinin gələcək mövcudluğunu sual altına qoymuşdular. Son üç ildən artıq bir zaman ərzində ABŞ tərəfindən dəstəklənən koalisiyanın yardımı ilə İraq qüvvələri əraziləri geri qaytarmağa nail oldu.

Buna baxmayaraq, militant qrup yenidən İraq ərazisində üsyançı hücumlar keçirmək gücündədir. Noyabr ayında militantlar Suriya sərhədi yaxınlığında yerləşən Rəva şəhərini yenidən ələ keçirməyə müvəffəq olmuşdular.

İraq bundan sonra diqqətini ölkənin döyüşlər nəticəsində məhv edilmiş ərazilərinin yenidən qurulmasına və 3 milyona yaxın məcburi köçkünə yardıma göstərilməsinə yönəldəcək.

XS
SM
MD
LG