Accessibility links

İsrail hücumunun ardınca İraqda parlament bloku ABŞ qüvvələrinin çıxmasına səslədi


İsrailin son günlərdə İranın dəstəklədiyi şiə militantlarının bazalarına hava zərbələri endirməsindən sonra İraq parlamentinin güclü bloklarından biri Birləşmiş Ştatlar hərbi qüvvələrinin ölkədən çıxarılmasına çağırıb.

Fatah Koalisiyası bazar ertəsi İsrailin bu təcavüzünə görə tam məsuliyyəti Birləşmiş Ştatların daşıdığını bildirib.

Biz bu hərəkəti İraq və onun xalqına qarşı müharibə elan edilməsi kimi dəyərləndiririk.

"Biz bu hərəkəti İraq və onun xalqına qarşı müharibə elan edilməsi kimi dəyərləndiririk," deyə qrup bəyan edib.

Fatah Koalisiyası İranın dəstəklədiyi “Xalq Səfərbərlik Qüvvələri” kimi tanınan yarı-hərbi qüvvələri təmsil edir.

Koalisiya bu açıqlamanı dronun İraqın qərbindəki Əl-Qaim şəhərində həyata keçirdiyi hücum zamanı bir hərbi dəstənin komandirinin öldürülməsindən sonra verib

Bəyanatda Birləşmiş Ştatlar qoşunlarının artıq İraqda "lazım olmadığı" deyilir.

XS
SM
MD
LG