Accessibility links

İraqda silsilə hücumlar həyata keçirilib


ABŞ İraqda 46 nəfərin ölümü və 100-dən artıq insanın yaralanmasına səbəb olan hücumları kəskin şəkidə qınayıb.

Dövlət Departamentinin sözçüsü Con Kirbi hücumları terrorizmin vəhşi əməli kimi qiymətləndirib. O, Amerikanın İraqda islamçı yaraqlıların məğlubiyyət öhdəliklərinə sadiq qaldığını deyib.

Şiələrin hədəf alındığı iki böyük hücumun məsuliyyətini İslam Dövləti üzərinə alıb.

Silahlı şəxslər Bağdadın ticarət mərkəzində alıcıları atəşə tutaraq 18 nəfəri öldürüb.

Paytaxtın şimalında yerləşən Mudadiyə rayonunda iki intiharçı hücumu nəticəsində 23 nəfər həlak olub.

Dünən gecə Bağdad bazarlarının birində hücum 5 nəfərin ölümü ilə nəticələnib.

Amerikanın başçılıq etdiyi koalisyanın müşayiəti ilə İraq qüvvələri 2014-cü ildə İraqın şimal və qərb bölgələrində böyük əraziləri ələ keçirlən İŞİD-ə qarşı mübarizə aparır.

Ötən ay Ramadi yaraqlıların nəzarətindən geri alınıb. Baş nazir Heydər Əl-Əbədi növbəti hədəfin ölkənin ikinci böyük şəhəri Mosul olduğunu bildirib.

XS
SM
MD
LG