Accessibility links

İraqda bomba hücumu nəticəsində ən azı 26 nəfər ölüb


İraqda iki intiharçının özlərini partlatması nəticəsində ən azı 26 nəfər ölüb, onlarla insan yaralanıb.

Hücum bazar ertəsi səhər Bağdad mərkəzində yerləşən Tayran Meydanında baş verib. Bu ərazi şəhərin kommersiya mərkəzi və iş axtaran insanların kütləvi şəkildə toplaşdığı yerdir.

Hələlik keç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Lakin daha öncə oxşar hücumlar İslam Dövləti militantları tərəfindən həyata keçirilib.

Militant qrup təxminən üç il öncə İraqın şimal və qərb ərazilərinin böyük hissəsinə nəzarəti ələ keçirmişdi.

ABŞ-ın rəhbərlik etdiki koalisiyanın dəstəyilə hücumlar keçirən İraq ordusu, İslam Dövlətini nəzarət etdiyi ərazilərdən çıxarmağa müvəffəq olub.

Keçən ay baş nazir Heydər Əl-Abadi militant qrup üzərində qələbə qazandıqlarını elan edib. Lakin militantlar İraqın müxtəlif nöqtələrində hücumlar həyata keçirməyə davam edirlər.

XS
SM
MD
LG