Accessibility links

ABŞ-ın 11 hərbçisi beyin sarsıntısı simptomları ilə xəstəxanalara yatırılıb


Ordunun bildirdiyinə görə, keçən həftə Birləşmiş Ştatlar qoşunlarının yerləşdiyi İraq bazalarına hücumdan sonra 11 hərbçi beyin sarsıntısı simptomları ilə xəstəxanalara yatırılıb.

İran iki İraq bazasına ballistik raket hücumunu Birləşmiş Ştatların pilotsuz təyyarəsinin İranın elit Qüds Qüvvələrinin komandiri, general Qasım Süleymaninin öldürməsinə cavab olaraq həyata keçirdi.

“Yanvarın 8-də İranın Əl-Əsəd aviabazasına hücumu zamanı ABŞ əsgərləri arasında itki olmasa da, bir neçə nəfər partlayışdan beyin sarsıntısı simptomları ilə müalicə edilib və müalicə hələ də davam edir" - deyə, Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının sözçüsü, kapitan Bill Urban cümə axşamı verdiyi açıqlamasında bildirib.

Əsgərlərin Almaniya və Küveyt xəstəxanalarında müalicə aldıqları bildirilib.

“Müalicə başa çatdıqdan sonra əsgərlər çox güman ki, yenidən İraqa qayıdacaq” - deyə, Urban əlavə edib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranın İraqdakl bazalara hücumundan sonra ABŞ əsgərləri arasında yaralananların olmadığını demişdi.

XS
SM
MD
LG