Accessibility links

İraqın yeni baş naziri Bağdadın İrana qarşı hücumlarını dayandıracağını deyib


İran prezidenti İbrahim Rəisi və İraqın baş naziri Məhəmməd Şiya Əl-Sudani
İran prezidenti İbrahim Rəisi və İraqın baş naziri Məhəmməd Şiya Əl-Sudani

İraqın parlamenti tərəfindən təyin olunan yeni baş naziri Məhəmməd Şiya Əl-Sudani xaricə ilk mühüm səfəri zamanı Ayətulla Əli Xameneyi də daxil olmaqla İranın ali ruhani liderləri ilə görüşüb.

Sudani Xamneyi ilə görüşdən sonra Tehranda jurnalistlərə İraqın öz ərazisi daxilində qonşusuna hər hansı hücum etməyəcəyini və təhlükəsizlik qüvvələrinin iki ölkənin ümumi sərhədi boyu yerləşdirildiyini deyib.

O, hökumətinin İraq konstitusiyasına riayət etdiyini və hər hansı qrup və ya partiyanın İranın təhlükəsizliyinə zərər vurmasının qarşısını almağa qərarlı olduğunu deyib. O, İraqın milli təhlükəsizlik müşavirinin yerdəki əməliyyatları koordinasiya edilməsini müzakirə etmək üçün iranlı həmkarı ilə görüşəcəyini bildirib.

Sudani əlavə edib ki, İraq problemləri yerlərdə həll etmək üçün dialoq və qarşılıqlı anlaşmanı ən yaxşı siyasət hesab edir.

İraqın baş nazirinin müşaviri Hüseyn Ələvi Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına deyib ki, İranın İraqa axan suyu kəsməsi və İranın bu yaxınlarda İraq ərazisini bombalaması məsələləri gündəmdə olduğu üçün Sudaninin İran liderləri ilə görüşlərində ətraflı və səmimi danışıqlar aparmaq kimi əsas prioritetləri uzun müddət davam etməyəcək.

İraq Kürdüstanının baş naziri Sudani ilə görüşmək, onunla İrana hər hansı sızma və ya hücumun, İranın belə hücumlara hərbi reaksiyasının qarşısını almaq üçün kürdlərin Peşmərgə qüvvələri də daxil olmaqla, İraq təhlükəsizlik qüvvələrinin sərhəd boyunca yerləşdirilməsini müzakirə etmək üçün bu yaxınlarda Bağdada səfər edib.

İraq mediası Sudaninin ticarət məsələləri və iki ölkə sərhədində birgə neft və qaz kəşfiyyatı ilə yanaşı, İranın İraqa qaz və elektrik tədarükünü də müzakirə etdiyini bildirib.

İran mediasının bildirdiyinə görə, vitse-prezident Məhəmməd Moxbir Sudaniyə deyib ki, region ölkələri təhlükəsizlik barədə problemlərini kənar tərəflərə müzakirə etməkdənsə, öz aralarında həll etməlidirlər. İran rəsmiləri əvvəllər də oxşar bəyanatlar verib.

XS
SM
MD
LG