Accessibility links

İraqlıların evlərinə geri dönmələrinə mane olan mənəvi və fiziki əngəllər [Video]


İraqlıların evlərinə geri dönmələrinə mane olan mənəvi və fiziki əngəllər
please wait

No media source currently available

0:00 0:02:01 0:00

İraq qüvvələri İslam Dövləti militantlarını istehkanmlarından çıxarmağa davam etdiyi bir vaxt, bir çox mülki vətəndaş evlərinə geri dönmək istəyir. Yəzidilər kimi bəzi etnik və dini qruplar üçün İŞİD nəzarəti altında keçirdikləri travmalar onların yaşadıqları yerlərə geri dönmələrini çətinləşdirir. Bu yaxınlarda Britaniyada keçirilən konfransda yəzidliləri İraqın şimalındakı vətənlərinə geri göndərmək üçün lazım olunan tədbirlər müzakirə olunub.

Birləmiş Millətlər Təşkilatının verdiyi məlumata görə, İslam Dövlətinin Mosul şəhəri kimi keçmiş istehkamlarında yaşatdığı zorakılıqlardan qaçan təxminən 1,7 milyon iraqlı evlərinə geri dönüb.

Lakin üç milyona yaxın insan hələ də didərgindir. Onların bəziləri qaçqın düşərgələrində, bəziləri isə ailələri ilə yaşayır.

Bu yaxınlarda Beynəlxalq Miqrasiya Təşkilatının apardığı tədqiqatda bəzi insanların geri dönməkdən çəkinmələrinin səbəbləri araşdırılıb. Bu səbəblərdən biri İraqda mövcud olan etnik ayrı-seçkilik səbəbilə təzyiqlə üzləşmək qorxusudur.

“Ən böyük əngəl təhlükəsizlikdir. Əgər onlar geri döndükləri yerdə təhlükəsizliyi təmin edən tərəflərdən qorxursa, o yerə geri qayıtmırlar”, deyə təşkilatdan Hala Cabir bildirir.

Bəzi yerlərdə döyüşlər zamanı binalar və infrastrukturun 85 faizi dağılıb.

“Bu hal insanların geri dönmələrini ləngidir”, Cabir söyləyir.

Etnik yəzidilər üçün geri dönmək İslam Dövlətinin onlara yaşatdığı dəhşətin gözlərinin önündə yenidən canlanması deməkdir. Həmin vaxt ərzində minlərə insan öldürülüb, qadınlar və qızlar seks kölələri olmağa məcbur edilib. Birləmiş Millətlər Təşkilatı isə bu əməlləri soyqırım adlandırır.

Bu yaxınlarda Britaniyanın AMAR Fondu tərəfindən təşkil olunan konfransda yəzidilərin geri dönmələrinə yardım etməyin yolları müzakirə edilib.

“Qaçqın düşərgələri artıq sığınacaq yeri deyil. Onlar uşaq alveri, məcburi evlilik və cinayətin olduğu təhlükəli yerlərdir”, AMAR-ın təsisçisi Emma Nikolson deyir.

Yəzidilərin liderinin nəvəsi də konfransda iştirak edənlər arasında yer alıb.

“İcmanın artıq bəşəriyyətə inamı qalmayıb. Biz bu inamı itirdik. Ona görə də, bizim orada təhlükəsiz yerə ehtiyacımız var. Amma hazırda bu insanlara “geri dönün” demək çətindir”, deyə Diar Fəxri Yusif bildirib.

Yardım təşkilatları yəzidilərin həyatlarını bərpa etmək üçün psixoloji və mənəvi dəstəyə böyük ethiyaclarının olduğunu deyir, çünki əks təqdirdə, mümkündür ki, onlar heç bir zaman geri dönə bilməsin.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG