Accessibility links

İraq İslam Dövləti liderlərindən birinin ələ keçirildiyini bildirir


Bazar ertəsi İraqdan alınan məlumata görə, sərhədyanı əməliyyat zamanı uzun müddətdir Əl-Qaidə əməliyyatlarını həyata keçirən İslam Dövləti qruplaşmasının liderlərindən birinı ələ keçirib.

İraq Baş naziri Mustafa Əl-Kadimi bu xəbəri tvitter səhifəsində ələ keçirilən Sami Cassəmin İslam Dövləti qrupunun mərhum lideri Əbu Bəkr Əl-Bağdadinin maliyyə əməliyyatlarına nəzarət edən müavini olduğunu bildirib.

O, bu əməliyyatı İraq qüvvələrinin indiyə qədər apardığı "ən çətin" sərhədyanı kəşfiyyat əməliyyatlarından biri kimi təsvir edib.

Əməliyyat məxvi olduğu üçün adlarının açıqlanmasına icazə verilməyən İraqın kəşfiyyat rəsmiləri Associated Press xəbər agentliyinə Cassəmin xarici ölkədə saxlandığını və bir neçə gün əvvəl İraqa aparıldığını bildirib.

Cassəm 2016-cı ildə İraqda amerikalılar tərəfindən öldürülməzdən əvvəl Əl-Qaidə lideri Əbu Musab Əl-Zarqavi ilə birlikdə çalışıb. İraqda müxtəlif vəzifələrdə fəaliyyət göstərdikdən sonra 2014-cü ildə Əl-Qaidənin qolu olan İslam Dövləti özünü Xilafət elan etdikdən sonra Suriyaya gedib və 2015-ci ildə həmin ekstremist qrupun lideri Əbu Bəkr Əl-Bağdadinin müavini olub.

Əl-Bağdadi 2019-cu ildə ABŞ-ın rəhbərliyi ilə Suriyanın şimal-qərbində keçirilən reyd zamanı öldürülüb.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG