Accessibility links

İslam Dövləti qrupunun Bağdaddan qərbdə hücumu 11 nəfərin ölümünə səbəb olub


Təhlükəsizlik mənbələri və işçilərinin France Press xəbər agentliyinə bildirdiyinə görə, İslam Dövləti qrupunun bazar günü gecə Bağdaddan qərbdə dövlət tərəfindən dəstəklənən qəbilə qüvvələrinin nəzarətində olan gözətçi məntəqəsinə etdiyi hücum zamanı 11 nəfər ölüb.

Cihadçılar İraq paytaxtının cənubunda, Bağdad aeroportu yaxınlığındakı Əl-Radvaniyyədə yerləşən Haşed qəbilə qüvvələrinin postuna hücumu qumbaralar və odlu silahdan istifadə edərək edib.

"İslam Dövləti nəzarət qülləsinə hücum edərək, Haşed qəbiləsinin 5 üzvünü və hücumu dəf etmək üçün yardıma gələn 6 yerli sakini öldürüb" - deyə, bir təhlükəsizlik mənbəyi bildirib.

Bir tibb işçisi də France Press agentliyinə məlumatı təsdiqləyib və yaralanan 8 nəfərin Bağdadın mərkəzindəki xəstəxanaya aparıldığını bildirib.

İslam Dövləti qrupu məsuliyyəti öz üzərinə götürməyib.

2014-cü ildə İslam Dövləti şimalda və qərbdə şəhərlər və paytaxt Bağdad ətrafındakı əraziləri də daxil olmaqla, İraqın üçdə bir hissəsinin nəzarətini əlinə almışdı.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə 3 il davam edən şiddətli döyüşlərdən sonra 2017-ci ilin sonunda İraq İslam Dövlətinin məğlub olduğunu elan etdi.

Koalisiya bu il əsgəri qüvvəsinin sayını əhəmiyyətli dərəcədə azaldaraq, qüvvələrini Bağdadda yerləşən üç əsas bazaya, qərbdə Ayin Əl-Əsəd və şimal Ərbildəki bazalarda cəmləşdirib.

Lakin İslam Dövləti qrupunun bölmələri təhlükəsizlik qüvvələri və dövlət infrastrukturuna, xüsusən də qoşunların sayının daha az olduğu səhra bölgələrinə hücumlar etməyə davam Edir.

XS
SM
MD
LG