Accessibility links

İraq liderləri İŞİD-ə qarşı mübarizə səylərinin koordinasiyası üçün hərbi komandir seçir


İraq liderləri İslam Dövləti qrupunun yaraqlılarına qarşı müxtəlif qüvvələrin daha yaxşı təşkil olunmasına rəhbərlik etmək üçün mərkəzi fiqur kimi çıxış edəcək hərbi komandirin seçilməsi prosesinə başlayıb.

ABŞ-ın Birgə Qəragahlar rəisir general Cozef Danford İraqa səfəri zamanı bildirib ki, Birləşmiş Ştatların başçılığı ilə koalisiya daha yaxşı dəstək verilməsi üçün quruda hərbi kampaniyada bir səlahiyyətli rəsmi ilə əlaqə saxlamalıdır.

Koalisiya hava hücumları həyata keçirdiyi vaxt, İraq ordusunun döyüşçüləri, şiə yarı-hərbi dəstələr, sünni qəbilələr və kürd qüvvələr İraqın müxtəlif bölgələrində yaraqlılara qarşı fərqli səviyyələrdə uğurlar mübarizə aparır. İslam Dövləti qrupu bir il bundan əvvəl ələ keçirdiyi ərazilərin böyük hissəsinəi nəzarətdə saxlayır.

Bu yaxınlarda əldə edilmiş uğurlardan biri Bağdaddan şimalda neft hasilatı mərkəzi olan Beiji şəhərinə nəzarətin ələ keçirilməsi olub. Birləşmiş Ştatlar və İraq rəsmiləri bir il döyüşlərdən sonra İraq ordusunun şəhərə tam nəzarətin ələ keçirildiyini bildirib.

İraq hökumətinin rəsmiləri ilə danışıqlarla yanaşı, İslam Dövləti qrupuna qarşı əməliyyatların dəyərləndirilməsi məqsədilə İraqa etdiyi səfəri zamanı general Danford İraqın Kürdüstan regionun başçısı, prezidenti Məsud Barzani ilə görüşüb.

Danford Barzaniyə deyib ki, Birləşmiş Ştatlar və kürdlərin “bir düşməni var.”

XS
SM
MD
LG