Accessibility links

İraqda islamçı yaraqlıların təcavüzkarlığı artır


Kütləvi qırğını nümayiş etdirən fotoların yayılması ilə İraqın şimal bölgəsindəki islamçı yaraqlıların döyüş cəbhəsində təcavüzkarlığına nümunədir. Ekspert Suzam Moller bunu terrorizmin genişlənməsi kimi qiymətləndirib.

Ötən həftə bir neçə əsas şəhərin nəzarətini ələ keçrən İŞİD Twitter-də Tıkrıt yaxınlığında bir qrup hökumət əsgərinin qətlinə dair bir sıra şəkillər yerləşdirib.

Qrup ələ keçiridyi 2500 əsgərdən 1700 nəfərin öldürüldüyünü iddia edir. İraq rəsmiləri şəkillərin həqiqiliyi təsdiq etsə də, öldürülənlərin sayının şişirdildiyini bildirir.
İraqın briqada generalı Fazil Əbdül Sahib Associated Press-ə bildirib ki, yayılan xəbərlərin əsası yoxdur.

Reuters xəbər verir ki, İŞİD Speicher hava bazasında 450-500 əsgəri ələ keçirib və qrupun əlində hələ də 200-ə yaxın əsgər var.

ABŞ Dövlət Departamenti öldürülənlərin sayını təsdiq etməyib. Lakin sözçü Cen Psaki deyib ki, iddialar terrorçuların əməllərinin təzahürüdür.

Şəkillərdə insanların yerə uzadldığı və birinin silahı onlara tuşladığı, digərinin yek maşınında üzüüstə vəziyyətdə qaldığı göstərilir.
İ
raqın baş naziri Nuri Əl-Maliki isə sünni, şiə və kürdlər arasında parçalanmaya yol verməmək istiqamətində ABŞ və digər hökumətlərin siyasətini tənqid edir.
XS
SM
MD
LG