Accessibility links

İraqda jurnalistlərin qarşısına çıxan maneələrin sayı artır


İraqda jurnalizm
please wait
Embed

No media source currently available

0:00 0:02:46 0:00

İraqda jurnalizm

İraqda jurnalistlərin qarşısına çıxan maneələrin sayı artır. Əl-Bağdadiyyə tele-kanalı əsasən siyasi mövzulara toxunur, korrupsiydan danışır. Menecer Məhəmməd Hanun Kərəm deyir ki, son üç ildə studiyaları iki dəfə bağlanıb.“İşçilərimizin çoxu həbs edilib və ya təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə üzləşib. Məsələn, partlayış kimi hadisələrin işıqlandırılmasına imkan verilmir. Bəzən onları maraqladırmayan müvzularla bağlı reportajlar hazırlamağımıza yol verilir.”

Ziad al-Ajili Media Araşdırmalrı Mərkəzi-Jurnalistika Azadlığı Müşahidəsi qrupunun rəhbəridir. Onun dediyinə görə, jurnalistlər ən adi tədbirlərə belə icazə əldə etməlidir. “Biz hər il media azadlığına dair hesabat hazırlayırıq. Ən ağırı builkidir. Hökumət jurnalistlərə təzyiqlərlə bağlı yeni qanunlar tətbiq edir, xüsusilə də xarici mediaya qarşı.”

Jurnalistlərin təhlükəsizlik qüvvələri tərəfindən təqib edilməsi halları videoya çəkilir.

Fəalların dediyinə görə, son on ildə İraqda 140 jurnalist öldürülüb. Bu, dünya miqyasında ən böyük göstəricidir.

Dibras al-Mamouri İraq qadın jurnalistləri forumunun təsisçisidir. O, qadın jurnalistlərin daha artıq çətinliklərlə üzləşdiyini deyir. “İraq ictimaiyyətində qadına aşağı sinif kimi baxırlar. İşləyən sinif kimi deyil. Onlar təzyiqlərə məruz qalır. Qadınlara işləmək imkanı yaradılmır. Qadınların ev işindən başqa heç bir şeyə yaramadıqları haqda təssəvvür var.”

Kərim İraqda obyektiv məlumatlandırmanın da nadir hallardan biri olduğunu deyir. “İraq jurnalistlərinin 90 faizi müəyyən bir siyasi, ideoloji mövqeləri təqib edir. Çox az jurnalist müstəqil çalışır. Məhz onlar hökumətin yaratdığı problemlərlə qarşılaşır.”

Media fəalları jurnalistlərin müdafiəsi və azad çalışmalarına imlan yaradacaq yeni qanunlara ehtiyac olduğunu deyir.
XS
SM
MD
LG