Accessibility links

İraq kürdləri Bağdadın Türkiyəyə qarşı iddia qaldırmasını tənqid edir


İraqın muxtar Kürdüstan regionunun hökuməti rəsmi Bağdadın Türkiyə vasitəsilə nüftin ixaraxının qarşısını almaq üçün hüquqi iddia qaldırmasını kəskin tənqid edib.

Kürdüstan regional hökuməti İraqın Neft nazirliyinin Ankaraya ilə bağlı arbitraj məhkəməsinə müraciətini müvəffəqiyyətsizliyə uğrayacaq “boş hədə” adlandırıb.

Cümə günü İraqın Neft nazirliyi Bağdadaın razılığı olmadan Kürdüstan regionundan xam neftin Türkiyəyə nəlq edilib orada satışından sonra Parisdə yerləşən Beynəlxalq Ticarət Palatası nəzdində arbitraja müraciət edib.

Mübahisə İraq konstitusiyasının şərh edilməsi ətrafında gedir. Bağdad İraqdan xam neftin icracına müstəsna hüquqa malik olduğuna təkid edir, Türkiyə və İraq Kürdüstanı isə əldə edilən neft müqavilələrinin leqal olduğunu bildirir.
XS
SM
MD
LG