Accessibility links

Kərbəlada 14 etirazçı öldürülüb


Səhiyyə və təhlükəsizlik xidmətinin mənbələrinə istinadən bildirilib ki, müqəddəs Kərbəla şəhərində İraqın təhlükəsilik qüvvələrinin etirazçılara açdığı atəş zamanı bir gecə ərzində azı 14 nəfər ölüb.

Mənbələrin məlumatına görə, azı 865 nəfər yaralanıb. Cənubda Nasiriyyə şəhərində etirazlar zamanı yaralananlardan 3 nəfərin də öldüyü bildirilib.

Ayın əvvəlində başlanan iğtişaşlarda azı 250 nəfər ölüb.

Kərbəla şəhəri səhiyyə şöbəsinin müdiri təhlükəsizlik qüvvələrinin 66 üzvlü də daxil olmaqla, 122 nəfərin yaralandığını deyib.

Kərbəla polis idarəsinin rəisi açıqladığı bəyanatda hər hansı etirazçının öldürüldüyünü təkzib edərək, hadisə yerində yalnız bir nəfərin əlaqəsi olmayan cinayət hadisəsi nəticəsində öldüyünü deyib və sosial mediada təhlükəsilik qüvvələrinin etirazçıları atəşə tutduğunu göstərən videoların "şəhərdə qarışıqlıq yaratmaq məqsədilə" uydurma olduğunu bildirib.

İraqda baş qaldıran etiraz dalğasında onlarla adam həlak olub.
İraqda baş qaldıran etiraz dalğasında onlarla adam həlak olub.

Baş nazir Adil Əbdül Mehdi hökumətinə, korrupsiyaya və siyasi elitaya qarşı etirazların ikinci dalğasında küçələrə minlərlə insan çıxıb. Oktyabrın 1-də başlayan iğtişaşlardan bəri azı 250 nəfər ölüb.

Bazar ertəsi minlərlə tələbə etiraz aksiyalarında iştirak etmək üçün Bağdadın bir sıra universitetlərində və orta məktəblərində dərslərə getməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG