Accessibility links

Kərkükdə intiharçı hücumu nəticəsində 7 nəfər həyatını itirib



İraq rəsmiləri ölkənin şimalında Kərkük şəhərində intiharçı hücumu nəticəsində yeddi nəfərin öldüyünü bildirib.

Rəsmilərin sözlərinə görə, intiharçı partlayıcılarla dolu avtomobili nəzarət buraxılış məntəqəsinə sürüb.

Bazar günü baş vermiş hücum zamanı 11 nəfərin yaralandığı bildirilir.

Hələlik hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb.

Iraqda son illər azlıqda olan sünni ərəblər arasında kütləvi narazılıqlar və qonşu Suriyada vətəndaş müharibəsilə əlaqədar ən şiddətli zorakı aktlarının baş verdiyi müşahidə edilir.
XS
SM
MD
LG