Accessibility links

ABŞ dövlət katibi Amerikanın İraqı dəstəklədiyini deyib


ABŞ dövlət katibi Amerikanın Ənbər vilayətini ələ keçirən Əl-Qaidə ilə mübarizə aparan İraqı dəstəklədiyini deyib. Con Kerri buna baxmayaraq, İraqa qüvvə göndərilməyəcəyini bildirib.

Kerri bunları Qüdsü tərk edib İordaniyaya yola düşərkən söyləyib. Daha sonra onun Səudiyyə Ərəbistanında İsrailllə Fələstin arasında sülhün bərqərar edilməsi məsələsini müzakirə edəcəyi gözlənilir.

ABŞ dövlət katibi son bir neçə gün ərzində Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirmək üçün regionda olub.

XS
SM
MD
LG