Accessibility links

İraqın Nazirlər Kabinetinin kürd üzvləri kabinetin toplantısını boykot edib


İraqın Nazirlər Kabinetinin kürd üzvləri Bağdadın Kürdüstanın iki şəhərinə yükdaşıma reyslərini dayandırması qərarına etiraz olaraq, kabinetin toplantısını boykot edib. Beləliklə şiələrin başçılıq etdiyi hökumətlə kürd liderləri arasında qarşıdurma dərinləşib.

İraqın Aviasiya rəsmisi Naser Bəndər Ərbil və Süleymaniyyəyə uçuşların növbəti bildirişədək təxirə salındığını deyib.

Nazirlərin bəyanatında deyilir ki, Kürdüstan vilayətinin paytaxtı Ərbilin baş nazir Nuri Əl-Maliki tərəfindən yaraqlılara sığınacaq adlandırılması təhrikçilik mahiyyəti daşıyır.

Kürd nazirlər boykotun nə zamanadək davam edəcəyini bildirməyib.

İraq parlamentinin sessiyaları adətən çərşənbə axşamı günləri, növbədənkənar sesiyalar isə başqa günlər keçirilir.

XS
SM
MD
LG