Accessibility links

ABŞ Suriyada yolu bombalayıb


Birləşmiş Ştatların başçılıq etdiyi qüvvələrin bildirdiyinə görə, Livandan Suriyaya, oradan da İraqa keçməyə cəhd göstərən İslam Dövləti yaraqlılarının konvoyunuh qarşısını almaq üçün İraqla sərhəd yaxınlığındakı yol bombardman edilib.

Livanda ilişib qalmış İslam Dövlətinin 600-dən çox döyüşçüsü və onların ailə üzvləri Hizbullanın Livan və Suriya hökumətləri ilə razıllaşma əsasında köçürülürdü.

Lakin belə bir razılıq Birləşmiş Ştatların müttəfiqi olan İraqı qəzəbləndirmiş və ölkənin baş naziri belə bir razılığı qəbuledilməz adlandıraraq, cihadçıların döyüşləri sərhədlərə gətirdiklərini demişdir.

"Terrorçular Suriyadan İraqa keçməməli, döyüş meydanında öldürülməlidir" deyə, İslam Dövlətinə qarşı koalisiyasının Birləşmiş Ştatlar üzrə nümayəndəsi Brett McGurk Twitter səhifəsində yazıb.

Cənab McGurk onu da əlavə edib ki, koalisiya "xəlifət"in qalıqlarının İraqa daxil olmalarına və ya aradan çıxmaqlarına imkan verməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG