Accessibility links

İraqda nümayişlər keçirilib


İraq rəsmilərinin sözlərinə görə, silahlı qüvvələr Fəllucə şəhərində üç nümayişçini öldürüb, bir neçə nəfəri isə yaralayıb.

Polis bildirib ki, nümayişçilər hökumət əleyhinə nümayişlərə qatılmağa cəhd göstərdikdə əsgərlər onların yolunu kəsib. Nümayişçilər təhlükəsizlik qüvvələrinə daş və digər əşyalar atmağa başlayıb, onlar buna cavab olaraq atəş açıb.

Xəstəxana rəsmiləri üç nəfərin həlak olduğunu təsdiqləyib.

Keçən ay sünni nümayişçilər baş nazir Nuri Əl-Maliki və İraq parlamentində üstünlük təşkil edən şiələrə etiraz əlaməti olaraq ölkənin qərbində yerləşən Anbar vilayətində küçələrə çıxmışdı.
XS
SM
MD
LG