Accessibility links

Mosulun su bəndi uğrunda döyüşlər davam edir


İraqın hökumət və kürd qüvvələri Mosulun su bəndi uğrunda döyüşləri davam etdirir.

Kürdüstan qüvvələri İslam Dövləti yaraqlılarına qarşı döyüşlərdə irəliləyişə nail olub.

Kürdlər Dəclə çayı üzərindəki su bəndi sahəsinin yarısının nəzarətini ələ keçirdiklərini bildirir.

ABŞ ikinci gündür Mosul su bəndinin islamçı yaraqlılardan geri almaq üçün hava əməliyyatlarını davam etdirir..

Hücumun ABŞ-ın, yoxsa İraq hərbi qüvvələrinin həyata keçirdiyi bəlli deyil.

İslam Dövlətinin yaraqlıları avqustun əvvəlindən bəri su bəndinə nəzarət edir.

ABŞ hərbi rəsmiləri deyib ki, İslam Dövlətinin yaraqlılarına qarşı 14 pilotsuz təyyarə hücumu İraqın Sincar şəhərində bir neçə zirehli maşını və yaraqlıların yoxlanış məntəqəsini məhv edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG