Accessibility links

İraq ordusu Mosulun Köhnə Şəhərini geri almaq üçün hücuma başlayır [Video]


İraq ordusu İslam Dövləti qrupunun nəzarət etdiyi ən son ərazi olan Mosulun Köhnə Şəhərini geri almaq üçün hücuma keçib. Şəhəri geri almaq çətindir, çünki şəhərin küçələri dardır və ordu hücum zamanı yerli sakinlərin xəsarət görməsini istəmir.

İraqın müdafiə naziri bazar günü Köhnə Şəhəri İslam Dövləti qrupundan almaq əməliyyatının başladığını və hökümət qüvvələrinin militantlara çox yaxın olduğunu elan edib.

Biz sıx məskunlaşmış, çox sayda binaların və dar küçələrin olduğu şəhərdə mülki vətəndaşları və infrastrukturu qorumaq istəyirik. Bütün bunlar bizim irəliləməyimizə əngəl olur.
Əbdülqani Əl-Asadi

“Təbii ki, döyüş çətin keçəcək. Bu, İslam Dövlətinin nəzarət etdiyi son ərazidir”, Terrora Qarşı Mübarizə Xidmətindən general-leytenant Əbdülqani Əl-Asadi bildirib.

Militantlar İraqın ikinci ən böyük şəhərinə üç ildir nəzarət edir. Köhnə Şəhərdə tarixi Əl-Nuri məscidi yerləşir. İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə həmin məsciddə çıxış edərək İraq və Suriyanın bəzi hissələrinin militantların nəzarəti altında olduğunu deyərək, oranı İslam xəlifəliyi elan edtmişdi. İraq höküməti Mosulu geri almaq əməliyyatını oktyabr ayında başladıb.

Mosulun militanların nəzarət etdiyi ən son ərazisini geri almaq çətin olacaq. Buna səbəb Köhnə Şəhərin sıx məskunlaşmasıdır. Belə ki, döyüş zamanı mülki vətəndaşlar zərər görə bilər.

“Biz sıx məskunlaşmış, çox sayda binaların və dar küçələrin olduğu şəhərdə mülki vətəndaşları və infrastrukturu qorumaq istəyirik. Bütün bunlar bizim irəliləməyimizə əngəl olur”, Əl-Asadi deyib.

Rəsmilər deyir ki, militanltar mülki vətəndaşlardan canlı qalxan kimi istifadə edir və onlara kömək etmək istəməyənləri oldürür.

“Düşmən bu evlərin arxasındadır. Sanki bir neçə dəqiqə öncə partlama səsi də gəldi. Burada, qaçmağa cəhd etdiklərinə görə İŞİD tərəfindən öldürülən insanların məzarlarının yanında durmaq çox çətindir”, deyə Müdafiə nazirliyinin sözçüsü Məhəmməd əl-Xudari bildirib.

Mosul
Mosul

​Ama onlar deyir ki, hələ ki, əməliyyat planlaşdırıldığı kimi irəliləyir.

“İraq ordusu üçün prioritet quruda irəliləyiş əldə etməkdən sə, təhlükəsiz dəhlizlər açmaqdır. Əsas məqsəd isə insanları militantlardan qorumaqdır,” Əl-Xudari əlavə edib.

Militantlar son üç ildə çox sayda ərazi itiriblər, Mosul isə onların İraqdakı son şəhər istehkamıdır. Birləşmiş Millətlər Təşkilatı 150 min mülki vətəndaşın Köhnə Şəhərdə çıxılmaq vəziyyətdə qala biləcəyini təxmin edir. Ötən həftə Rusiya ordusunun rəsmiləri deyib ki, mayın 28-də onların Rəqqaya qarşı həyata keçirdikləri hava hücumu nəticəsində bir neçə İŞİD lideri öldürülüb, Əl-Bağdadi isə mümkündür ya ölüb ya da yaralanıb.

XS
SM
MD
LG