Accessibility links

İraqda etirazlar yenidən baş qaldırıb - Onlarla insan yaralanıb


Təhlükəsizlik və səhiyyə mənbələrinin verdiyi məlumata görə, bir neçə həftə ara verdikdən sonra İraqda etirazlar yenidən baş qaldırıb. Bazar ertəsi Bağdadda və digər şəhərlərdə bağlanmış yolları açmağa çalışan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən toqquşma zamanı onlarla etirazçı yaralanıb.

Reuters xəbər agentliyi keçən gecə Bağdadın Tayaran meydanında polisin onlara benzin qumbaralar və daş atan etirazçılara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdiyini bildirib.

İraqın cənubunda Nasiriyyə, Kərbala və Amara da daxil olmaqla, bir neçə şəhərdə yüzlərlə etirazçı təkərlər yandırıb və əsas yolları bağlayıb. Onlar baş nazir Adel Əbdül Mehdinin iraqlılar üçün məqbul yeni hökumətin yaradılması da daxil olmaqla verdiyi vədləri yerinə yetirmədiklərini söyləyirlər.

"Onlar (təhlükəsizlik qüvvələri) atəş açmağı və insanları hədəf almağı dayandırmalıdır. Onlar kimdir və biz kimik? Hər iki tərəf iraqlıdır. Bəs niyə qardaşlarınızı öldürürsünüz?" - deyə, Bağdadda adını açıqlanmasını istəməyən bir qadın etirazçı bildirib.

Bağdad polisi təhlükəsizlik qüvvələrinin etirazçıların bağladığı bütün yollarda müvəffəqiyyətlə açdığını bildirib.

Oktyabrın 1-dən başlayan kütləvi etirazlar demək olar ki, bütün İraqı bürüyüb. Əsasən gənclərdən ibarət etirazçılar dərin korrupsiyalaşmış hesab etdikləri və əksər iraqlıları yoxsulluq içində saxlayan siyasi sistemin yenidən qurulmasını tələb edir. Etitrazlar başlayandan bəri 450-dən çox insan həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG