Accessibility links

İraqda nümayişlər səngimək bilmir


Yeni baş nazirin adının açıqlanması üçün son möhlət başa çatan kimi İraqda paytaxt Bağdadda və ölkənin digər bölgələrində minlərlə etirazçı yenidən nümayişlərə çıxıb.

Oktyabr ayından bəri korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərə etiraz olaraq hökumət əleyhinə keçirilən nümayişlər İraq paytaxtı və şiələrin əksəriyyət təşkil etdiyi cənub bölgələrini bürüyüb.

Prezident Bərham Salih və parlament keçən ay Adil Əbdül Mehdinin istefasından sonra yeni baş nazir təyin etmək üçün verilən bir neçə müddəti qaçırıb. Adil Əbdül Mehdi və onun hökuməti yeni baş nazir təsdiqlənənə qədər müvəqqəti olaraq vəzifələrini icra etməyi razı olub.

Adil Əbdül Mehdinin istefas yeni bir baş nazirin təyin edilməsinin kifayət olmadığını deyən hkumət əleyhdarı etirazçıları qane etməyib. Onlar 2003-cü ildən, Birləşmiş Ştatların müdaxiləsindən sonra tətbiq olunan siyasi sistemin bütünlüklə dəyişilməsini tələb edərək, sistemin korrupsiyalaşmış, qabiliyyətsiz və ölkənin neft sərvətinə baxmayaraq, yoxsul iraqlılara yardım etməyə qadir olmadığını deyir.

Etirazçılar bazar günü yeni baş nazir vəzifəsinə İranla əlaqələrinə görə tənqidlərə məruz qalan keçmiş ali təhsil naziri Qusay Əl-Süheylin potensial namizədliyinin əleyhinə çıxış edib. Nümayişçilər 2003-cü ildən bəri hökumətin tərkibində olan digər potensial namizədlərlə bərabər onun da namizədliyini qəti şəkildə rədd edib.

Bağdadda və İraqın cənubunda şiələrin çoxluq təşkil edən ərazilərdə oktyabr ayında nümayişlərin başlamasından bəzi azı 460 nəfər ölüb, on minlərlə insan yaralanıb.

XS
SM
MD
LG