Accessibility links

İraq Kürdüstanı cəzalandıracağını deyir


İraq Kürdüstan regionunda müstəqillik referendumuna səs verənləri cəzalandırmaq üçün özünün hava məkanını bağlayacağına və Türkiyənin hərbi təlimlərinə qoşulacağına söz verib.

Kürdlərin qələbəni bayram etmələrinə baxmayaraq, İraq parlamenti çərşənbə günü baş nazir Heydər Əl-Əbədidən Kərkükün kürdlərin nəzarətindəki neft yataqlarının nəzarətdə saxlanması üçün bölgəyə ordu göndərilməsini istəyib.

"Biz konstitusiya və qanunun gücü ilə kürd regionu daxil edilməklə, bütöv İraqı federal nəzarət altına alacağıq. Bu təhdid deyil. Bəzi insanlar həmin regionda təhdid və zor tətbiq etdilər. Lakin biz konstitusiya və qanundan istifadə edərək, onları təəccübləndirəcəyik. Biz az danışacaq, fikrimizi atdığımız addımlarla çatdıracağıq."

İraqın, onun qonşuları İran və Türkiyənin, eləcə də Birləşmiş Ştatların ciddi təndiqlərinə səbəb olan referendum açıq şəkildə gedən bir prosesin ilk addımıdır.

Birləşmiş Ştatlar İraq Kürdüstanından kənar ərazilər də daxil olmaqla, Kürdüstan Regional Hökumətinin müstəqilliyə dair təktərəfli qaydada referendum keçirilməsi qərarını dərin təəssüf hissi ilə qarşılayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
please wait

No media source currently available

0:00 0:11:27 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG