Accessibility links

İslam Dövləti yaraqlıları İraqın Ramadi şəhərinə hücum edib


İslam Dövləti qrupu İraqın Ramadi şəhərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Onlar bir neçə dəfə şəhərə minomyotla atəş açıb və İraq rəsmilərini hədəf alaraq maşın bombaları partladıblar.

Yerli rəsmilər bildirirlər ki, bu hücumun məqsədi əyalət paytaxtını nəzarət altına almaqdır. Ramadi qərbi Anbar əyalətinində İraq hökümətinin nəzarəti altında olan son yerlərdən biridir.

İslam Dövlətinin silahlı şəxsləri Ramadidə yerləşən hökümət binalarına atəş açıblar. Ölənlərin sayı ilə bağlı heç bir məlumat yoxdur.

İraq güvvələri və kürd peşmərgə döyüşçüləri sünni İslam Dövləti qrupuna qarşı döyüşürlər. Döyüşlər bu ilin əvvəli şimali və qərbi İraqı əhatə edib.

İraqda 2014-cü ildə zorakılıqlar artıb. BMT-nin İraqdakı missiyası bildirib ki, oktyabrın sonuna qədər ölkədə 13 mindən çox mülki şəxs və təhlükəsizlik qüvvələrinin əsgərləri həlak olub. Bu rəqəm 2013-cü ildən 75 faiz artıqdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG