Accessibility links

İraqda Ramazan şənlikləri mətamə dönüb


İraqda Ramazan bayramını qeyd edənlərə qarşı kamikadze hücumları 55 adamın ölümünə səbəb olub.

Rəsmilər Bağdad yaxınlığında həyata keçirilən hücumun bazar, kafelər və bayram şənlikləri keçirilən yerləri hədəf aldığını deyir.

Bazarda 7 adamın həlak olduğu xəbər verilir.

Tuz Xormato şəhərində 8 adam öldürülüb.

Zorakılıqların artdığı İraqda təkcə iyul ayında 1000-dən çox insan həlak olub.

İğtişaşlar təriqətlərarası münaqişələrin yayılacağına dair qorxuları artırıb.
2007-ci ildən bəri Ramazan ayı zoraıkılıqlara ən çox yol verilən aydır.
XS
SM
MD
LG