Accessibility links

Suriyadan çıxarılan ABŞ qüvvələri İraqa yerləşdirilir


Vaşinqton Suriyanın şimal-şərqindən çıxardığı hərbiçilərini İraqa göndərməyi planlaşdırır.

Bunu ABŞ-ın müdafiə naziri Mark Esper bəyan edib.

700-dən çox hərbçidən söhbət getdiyini bildirən Esper onların İraqın cənubunda yerləşdiriləcəyini və "İslam dövləti" ə qarşı mübarizəni davam etdiricəklərini vurğulayıb.

Pentaqon lideri Amerikanın İraqdan Suriyaya mümükün antiterror reydlərini istisna etməyib.

O bildirib ki, plan gələn bir neçə gün ərzində NATO ilə keçiriləcək yığıncaq zamanı müzakirə ediləcək.

Müdafiə naziri deyib ki, əgər qüvvələr Suriyaya geri qaytarılsa, onlar Amerikanın hava qüvvələri tərəfindən müdafiə ediləcək.

Suriyanın dövlət xəbər agentliyi SANA da oktyabrın 20-də ABŞ hərbçilərinin olduğu hərbi maşın karvanının İraqın cənubuna doğru hərəkət etiyini xəbər verib. Bildirilib ki, bununla ABŞ Türkiyənin hərbi əməliyyatlar apardığı Suriya ərazisindəki ABŞ hərbi bazasının çıxarılmasını yekunlaşdırır.

Agentliyinin məlumatına görə, 100-ə yaxın yük maşınını hərbi qaravul müşayiət edib. Məlumatda həmçinin Hələb və Rəqqadakı Amerika hərbçilərinin də İraqa doğru hərəkət etdiyi vurğulanıb.

Oktyabrın 9-da Türkiyə öz sərhədlərinin terrorçulardan qorunması və Suriya ərazisində 32 kilometrlik təhlükəsizlik zonası yaradılması ilə bağlı sərhədboyu ərazilərdəki hərbi əməliyyatlara başladığını bəyan edib. Ankara həmin ərazidəki kürd hərbi birləşmələrini terrorçu hesab edir. Vaşinqton isə həmin silahlı kürd birləşmələrini "İslam Dövləti ilə mübarizədə özünün müttəfiqi sayır.

Bu həftə Suriyanın şimalında aparılan antiterror əməliyyatları ilə bağlı Türkiyə ilə Amerika arasında əməliyyatların 120 saatlıq dayandırılması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya görə, bu müddətdə kürd hərbi birləşmələri Türkiyənin təhlükəsizlik zonası hesab etdiyi ərazini tərk etməlidir.

XS
SM
MD
LG