Accessibility links

İraqla Türkiyə arasında gərginlik artır


Ötən şənbə günündən bəri Şiə Populyar Mobilizasiya Qüvvələri (PMF) İraqda onlarla səhra kəndini ələ keçrirərək irəliləməkdədir.

PMF 2014-cü ildən bəri bir neçə şiə partizan dəstəsinin çətir təşkilatı hesab edilir. Sənədlərdə bu təşkilat İraq hökumətinin qeydiyyatında olsa da, əslində onlar İrana cavab verir.

Tal Afar bizim üçün olduqca həssas bir məsələdir

​Partizanların hərəkatına qarşı olan Türkiyə onların şünnilərin əleyhinə olduğunu iddia edir.

Türkiyə PMF-i türkmənlərin məskunlaşdığı və sünnilərlə şiələrin paylaşdığı Tal Afardan uzaq durmağa səsləyib.

Türkiyənin Cümhuriyyət günü prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Tal Afar bizim üçün olduqca həssas bir məsələdir.

Dövlət başçısı bildirib ki, biz Tal Afarda partizan hərəkatına müsbət baxmırıq.

PMF
PMF

Ankara cümə axşamı tanklarını İraq sərhədlərinə yaxınlaşdırıb.

İraq rəsmilərini narahat edən bu hərəkətdən sonra onlar Türkiyəni Mosulda İŞİD-ə qarşı əməliyyatlara müdaxilə etməməyə çağırıb.

İraqın baş naziri Heydər Əl-Əbədi deyib ki, Türkiyə müdaxilə etdiyi təqdirdə, bunun hesabını ödəyəcək.

"Biz Türkiyə ilə nə müharibə, nə də qarşıdurma istəyirik. Əgər qarşıdurma baş versə, biz buna hazırıq. Və Türkiyə ilə bir düşmən kimi rəfdar edəcəyik"-deyə baş nazir xəbərdarlıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG