Accessibility links

Bağdadda qoşa bomba hücumları zamanı təhülkəsizlik qüvvələrinin 5 üzvü həlak olub


Bağdadda qoşa bomba hücumları zamanı təhülkəsizlik qüvvələrinin 5 üzvü həlak olub
Bağdadda qoşa bomba hücumları zamanı təhülkəsizlik qüvvələrinin 5 üzvü həlak olub

Bağdadda koordinasiya edilmiş bomba partlayışları zamanı təhlükəsizlik qüvvələrinin beş üzvü həlak olub. Hərbi qüvvələrin rəsmiləri bildirir ki, yol kənarında yerləşdirilmiş bomba paytaxın şimalında Ədhəmiyyə rayonunda partlayıb. İkinci bomba isə təhlükəsizlik qüvvələrinin hadisə yerinə çatdığı vaxt işə düşüb. Rəsmilər partlayışlar nəticəsində ordunun iki zabiti və üç əsgərin öldüyü, 10 nəfərin isə yaralandığını bildirir. Hadisə ABŞ və İraq rəsmilərinin bu ilin sonunda Amerika əsgərlərinin ölkədən çıxarılmasından sonra İraqın təhlükəsizliyə özünün nəzarət edə bilmək qabiliyyəti ilə bağlı narahatlıqlarını ifa etməsindən sonra baş verib. Bununla belə, Fransa xəbər agentliyi İraqın vitse-prezidenti Tariq əl-Həşiminin ABŞ-ın öz əsgərlərini ölkədən çıxamasının təhlükəsizliklə bağlı vəziyyətin düzələcəyini dediyi haqda xəbər verib. Bu ayın əvvəli İraq rəsmiləri ABŞ-la dekabr ayında hərbi qüvvələr çıxarılandan sonra ölkədə hərbi təlimçilərin saxlanması ilə bağlı danışıqlar aparılacağını bildirmişdilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG