Accessibility links

İraq və ABŞ İslam Dövləti qrupunu hədəf alan koalisiya missiyasını dayandırmaq üçün danışıqlar aparır


Birləşmiş Ştatalar və İraq şənbə günü Bağdada İraqda İslam Dövləti qrupuna qarşı mübarizə aparmaq üçün yaranan ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın missiyasını azaltmaq məqsədilə rəsmi danışıqların ilk raundunu keçirib.

İraqın baş naziri Məhəmməd Şiə Əl-Sudani açıqlamasında deyib ki, o, “İraqla Amerika Bİrləşmiş Ştatları arasında İraqdakı Koalisiyanın missiyasını sonlandırmaq üçün ikitərəfli dialoqun ilk raundunun başlanmasına sponsorluq edib.”

Hər iki ölkənin cümə axşamı elan etdiyi danışıqların başlaması ABŞ-ın İraq və Suriyadakı qüvvələri davam edən İsrail-HƏMAS müharibəsi fonunda müntəzəm olaraq İranın dəstəklədiyi yarı-hərbi dəstələrin dron hücunları ilə hədəf alındığı vaxta təsadüf edir.

ABŞ bildirir ki, missiyanın başa çatmasının şərtlərini etmək üçün komitə təşkil etmək planları ilə bağlı ilk dəfə ötən il danışıqlar aparılıb və bu müzakirələrin zamanlamasının hücumlarla əlaqəsi yoxdur.

Vaşiqntonun 2003-cü ildə hərbi müdaxiləsindən bəri İraqda davamlı mövcudluğu var. ABŞ-ın bütün döyüş qüvvələri 2011-ci ildə ölkədən geri çəkilsədə, minlərlə qoşun İraq hökümətinə İslam Dövləti qrupunu məğlub etməyə yardım etmək məqsədilə 2014-cü ildə geri qayıdıb.

Ekstremist qrup bir zamanlar ələd keçirdiyi ərazini itirəndən bəri, İraq rəsmiləri vaxtaşırı, ələlxüsus ABŞ-ın 2020-ci ilin yanvarında Bağdan hava limanı yaxınlığında İranı generalı Qasım Süleymani və İraq yarı-hərbi dəstəsinin lideri Əbu Mehdi əl-Mühəndisin ölümü ilə nəticələnən hava hücumundan sonra koalisiya qüvvələrinin geri çəkilməsinə çağırıb.

İsrail oktybarın 7-də HƏMAS-ın başçılığı ilə İsrailin cənubuna terror hücumunun ardınca İsrailin böyük əks-hücuma başlamasından sonra bu məsələ yenidən qaldırılıb.

Özünü İraqda İslamçı Müqavimət adlandıran bir qrup İranın dəstəklədiyi hərbi-dəstə oktybarın ortalarından bəri İraq və Suriyada ABŞ qüvvələrinə qarşı müntəzəm hücumlar həyata keçirməyə başlayıb. Qrup bu hücumlarn Vaşinqtonun Qəzzada müharibəsində İsrailə dəstək verməsinə cavab olduğunu bildiir.

Təxminən 2500 ABŞ əsgəri və onların xidmət göstərdiyi bazalar yarı-hərbi dəstələr tərəfindən atılan 150-dən çox raket və dron hücumu həyata keçirib. Hücumlar zamanı çox sayda yaralanıb. Onlar arasında travmatik beyin xəsarətləri alanlar da var.

ABŞ cavab olaraq yarı-hərbi dəstələri, İraq ordusunun rəsmi nəzarəti altında olan, əsasən şiə, İranın dəstəklədiyi paramilitar qrupların koalisiyası olan Xalq Səfərbərlik Qüvvələri ilə əlaqəli bəzi qruplar da daxil olmaqla yarı-hərbi dəstələrin hədəflərini vurub.

ABŞ rəsmiləri bildirib ki, koalisiyanın missiyasını bitirmək üçün çərçivəyə qərar vermək üçün komitənin yaradılması ilə bağlı danışıqların oktyabrın 7-dən əvvəl də artıq aparıldığını və bu qərarın hücumlarla əlaqəsi olmadığını bildiriblər.

Buna baxmayaraq, İraqdakı İslamçı Müqavimət verdiyi açıqlamada qərarın məsuliyyətini öz üzərinə götürüb və deyib ki, bu, “amerikalıların yalnız güc dilindən anladıqlarını sübut edir”. O, hücumlarını davam etdirəcəyinə söz verib.

Forum

XS
SM
MD
LG