Accessibility links

İraqda bomba hücumları nəticəsində 30 adam həyatını itirib


İraq paytaxtı və onun ətrafında baş verən bomba partlayışları nəticəsində 30 nəfər həyatını itirib.

Bağdad polisinin məlumatına görə partlayışlar bazar günü əsasən ticarət mərkəzlərində baş verib. Hadisə zamanı təxminən 100 yaxın insan yaralanıb.

Hücumların çoxu şiələrin yaşadığı ərazilərdə həyata keçirilib.

Rəsmilər bildirir ki, ən çox ölüm hadisəsi Bağdadın Bayaa əyalətində avtomobilin partlaması nəticəsində baş verib. Hadisə zamanı yeddi nəfər ölüb, 14 nəfər yaralanıb.

Hücumlara görə məsuliyyətin heç kəsin üzərinə götürməsinə baxmayaraq, sünni üsyançılar şiə yönümlü hakimiyyətin nüfuzunu salmaq üçün təhlükəsizlik qüvvələrinə qarşı, eləcə də şiələrin yaşadığı ərazilərdə hücumlar həyata keçirir.

İraqda 2008-ci ildən başlayaraq zorakılıqların artdığı müşahidə edilir.
XS
SM
MD
LG