Accessibility links

İraq parlamenti yeni hökumətin təşkilinə dair razılığa gələ bilməyib


İraq parlamentinin bazar ertəsi günü keçirdiyi iclasda yeni hökumətin təşkili üçün yüksək vəzifələrə namizədlərin seçilməsinə dair razılıq əldə edilməyib. Qısa sürən iclasda qanunvericilər şiə, sünni və kürd siyasətçilər arasında baş nazir, prezident və parlamentin spikeri vəzifələrinə namizədləri müəyyənləşdirə bilməyəndən sonra növbəti iclası çərşənbə axşamı gününə təyin ediblər.

Parlamentdə ən böyük qrup olan Qanuni Dövlət koalisiyasının üzvü, baş nazir Nuri Əl-Məliki bu vəzifədə qalmağa çalışır, lakin sünni və kürd siyasətçilər bunun əleyihənə çıxış edərək, onun azlıqları kənarda qoyaraq, şiələrə üstünlük verdiyini bildirir.

Baş nazir Məlikinin gələcəyi ilə bağlı fikir ayrılıqları siyasi postların müəyyən edilməsi prosesi qarşısında maneə yaradır.

BMT-nin xüsusi nümayəndəsi Nikolau Mladeonov İraq qanunvericilərini bazar günü iclasda iştirak etməyə çağıraraq deyib ki, yeni hökumətin təşkili prosesinin baş tutmaması ölkədə daha böyük qarışıqlıqların baş verməsinə gətirib çıxara bilər.

Bazar günü qısa iclasda parlamentin 328 üzvündən 233-ü iştirak edib. Bu, iyulun 1-də parlament üzvlərinin yalnız üçdə birinin iştirak etdiyi iclasla müqayisədə irəliyə doğru addım kimi qiymətləndirilir.

XS
SM
MD
LG